COVID-19-un yayılması və şəhərin dayanıqlı mobilliyinə (hərəkətliliyinə) təsiri - bəzi müşahidələr

COVID-19-un yayılması və şəhərin dayanıqlı mobilliyinə (hərəkətliliyinə) təsiri - bəzi müşahidələr

7 Apr 2020
Measures against Epidemics

Visit our TUMI Twitter Handle 👇

https://twitter.com/TUMInitiative/status/1237106414038003713


Yeniləmə tarixi: 27.3.2020 // Velosiped nəqliyyatı, ictimai yerlərə dair fikirlər, Uzaq dur-Dəyişdir-Yaxşılaşdır yanaşması əsasında nəqliyyat sektorunun Koronaya qarşı cavab tədbir haqqında təklif olunan konsepsiya çərçivəsi

Yenilənib: 27.3.2020 // Tədbirlərin ardıcıl şəkildə təşkili və prioritet sahələr üzrə müəyyən edilməsinə dair fikirlər, Braziliyadan təəssüratlar, (potensial) təsir haqqında əlavə məlumatlar/ayrı-ayrı mənbələrin məlumatları

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u qlobal pandemiya elan etmişdir; Mart ayının 26-na olan məlumata görə bu virusun yayılmasını dayandırmaq üçün təxminən 2,6 milyard insan (o cümlədən yalnız Hindistanda 1,3 milyard insan) təcrid rejimi altında yaşayır. Böyük ehtimalla, koronavirusnun yayılmasının fərdi davranışımıza və həyat tərzimizə, işləmə, istehlak və səyahət üslubumuza uzunmüddətli təsiri daha da artacaqdır. Bir tərəfdən nəqliyyat və xüsusilə də ictimai nəqliyyat bu virusun dünyada və ölkə daxilində yayılması üçün bir daşıyıcı rolunu oynayır. Digər tərəfdən isə ictimai nəqliyyat sərnişin axınının artmasına səbəb olan kütləvi toplantıların qarşısını almaq və səyahət və nəqliyyat tələbatını azaltmaq məqsədilə tətbiq edilən səyahət qadağalarının və fərdi narahatçılıqların ağır təsirinə məruz qalır. Bundan əlavə, son günlərdə bir çox ölkələr sərhədlərini bağlamış və komendant saatı tətbiq etmişlər – nəticədə həm regional, həm də qitə səviyyəsində nəqliyyata tələbat kəskin şəkildə azalmışdır. Bir çox iş yerində işçilər üçün evdən işləmək seçimləri tətbiq edilmişdir ki, bu da nəqliyyata tələbatın idarə edilməsində dünyanın ən böyük təcrübəsi kimi qəbul edilə bilər.

Hələ yekun qiymətləndirilmə aparılmasa da, ictimai nəqliyyat sektorunda virusun yayılmasının iqtisadi təsiri çox güman ki, ağırdır. İctimai nəqliyyat iqtisadi inkişaf ilə birbaşa əlaqəli olduğuna və tariflərdən və subsidiyalardan asılı olduğuna görə gəlir itkisi çox güman ki, qaçılmazdır. Gəlir itkisi ilə yanaşı, nəqliyyat vasitələrinin və qurğularının tez-tez təmizlənməsi üçün daha yüksək xərclərin çəkilməsi, yaxud qatarların tezliyinin daha uzun müddət ərzində artırılması ictimai nəqliyyat şirkətlərinin üzərinə əlavə maliyyə yükləri qoya bilər.

Halbuki, ümumi nəqliyyat sisteminə və ictimai nəqliyyat sistemlərinə uzunmüddətli təsir hələ də çox mürəkkəb və qeyri-rəvandır: Bir tərəfdən Çinin bəzi şəhərlərində komendant saatlarının tətbiq olunması səbəbindən səyahətə tələbat 80 faizdən 90 faizə qədər azalmışdır. Digər tərəfdən isə Qərbi Avropada fərdi istifadəçilərin davranışlarındakı dəyişikliklər və şirkətlərin texniki şərtləri səbəbindən səyahətə tələbatın azalması müşahidə olunmaqdadır.

Virusun yayılması fonunda dayanıqlı mobilliklə əlaqədar yaranan əsas tendensiyalar hansılardır və Çində, Koreyada və dünyanın digər yerlərində görülən tədbirlərdən hansı ilkin dərslər öyrənilib? Patogenlərin hərəkət etmə qabiliyyətinə gəldikdə, avtobuslar və qatarlar, əlbəttə ki, infeksiyaların yayılmasının əla yollarıdır - aşağıda göstərilən şəkil yanvar ayında Hunanda uzaq məsafəyə gedən avtobusda 9 sərnişinin yoluxduğunu göstərir.

How Covid 19 Spread Through A Hunan Bus

Şəkil 1 - COVID-19 Hunan avtobusu ilə necə yayılmışdır, Mənbə: Hu Şixionq, Hunan Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi, SCMP

Çinin Vuhan və ya Huanqqanqkimi bir sıra şəhərində virusun yayılmasını dayandırmaq üçün ictimai nəqliyyatın da hərəkəti dayandırıldı. İctimai nəqliyyat sistemlərinin tamamilə bağlanması kimi bir tədbirin görülməsi epidemiyanın təsirinə məruz qalan şəhərlərin hamısı tərəfindən həyata keçirildiyinə baxmayaraq, ictimai nəqliyyatda çalışan işçilər və sərnişinlər üçün riskləri minimuma endirmək məqsədilə sistemli şəkildə fəaliyyət göstərmək lazım gəlir.

Bu məqalə 4 fəaliyyət sahəsi üçün təklif olunan konsepsiya çərçivəsinin strukturundan və ümumi tövsiyələrdən ibarətdir:

  1. Fəaliyyət sahəsi - Əlaqələndirilmiş cavab tədbiri
  2. Fəaliyyət sahəsi - Heyətin və infrastrukturun mühafizəsi
  3. Fəaliyyət sahəsi - Sərnişinlərin mühafizəsi
  4. Fəaliyyət sahəsi - Əlaqələndirilmiş tələbatın idarə olunması
  5. Uzaq dur-Dəyişdir-Yaxşılaşdır yanaşması əsasında COVID-19 qarşı nəqliyyat sektorunun cavab tədbiri üzrə təklif olunan konsepsiya çərçivəsi
  6. Ümumi tövsiyələr

1. Fəaliyyət sahəsi - Əlaqələndirilmiş cavab tədbiri

İctimai nəqliyyat şirkətləri və qurumları tərəfindən sistemli şəkildə əlaqələndirilmiş cavab tədbirlərini və bu tədbirlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə yoluxucu virus və ya pandemiyaya qarşı cavab tədbiri planları fəaliyyət və tədbirlərin həyata keçirilməsinin əsasını təşkil etməlidir. Bundan əlavə, işçilərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək, eləcə də COVID-19-un daha da yayılmasının qarşısını almaq üçün dövlət qurumları və ictimai nəqliyyat şirkətləri tərəfindən görülən bütün tədbirlər təsirlərin hərtərəfli qiymətləndirilməsinə əsaslanmalıdır. Sosial, ətraf mühit və iqlim, eləcə də tədbirlərin iqtisadi təsirləri nəzərə alınmalıdır.

2. Fəaliyyət sahəsi - Heyətin və infrastrukturun mühafizəsi

İşçilər ictimai nəqliyyatın ən vacib varlığıdır. Buna görə onlar həm fərdi şəkildə, həm də sürücü, nəzarətçi, menecer və s. kimi vəzifələrdə işlədikləri üçün xüsusi mühafizə ilə təmin olunmalıdır. İctimai nəqliyyatda çalışan işçilərin müştərilərlə, yəni sərnişinlərlə sıx təmasda olması təbiidir. Buna görə də qoruyucu tədbirlər bütün potensial riskləri əhatə edə bilməz.

Nəqliyyat Tədqiqatı Şurası (TRB), Amerika İctimai Nəqliyyat Assosiasiyası (APTA) və Beynəlxalq İctimai Nəqliyyat Birliyi (UİTP) kimi beynəlxalq assosiasiyalar məlumat bülletenləri və ümumi məlumatlar dərc edir və vəziyyətə nəzarət edir. Məlumat axtarmaq məqsədilə onların platformalarında müntəzəm olaraq axtarış aparmağa dəyər. Məsələn, APTA aşağıdakı tədbirləri tövsiyə edir:

Şəkil 2 - Xəstəliyin yayılmasının qarşısını almaq üçün APTA tövsiyələri

Xəstəliyin yayılmasının qarşısının alınması

Yerli, ştat və federal səhiyyə xidmətinin vəzifəli şəxsləri xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə konkret tədbirlər görməli olduqları barədə təlimatlar verirlər. Bu tədbirlərə aşağıdakılar daxil edilə bilər:

Table1 AZ COVID

Şəkil 2 - Xəstəliyin yayılmasının qarşısını almaq üçün APTA tövsiyələri, Mənbə: APTA

Şençjen Avtobus Qrupu Şirkəti koronavirusa qarşı mübarizə üzrə tədbirlər və təcrübələr geniş bir hesabat hazırlayıb, o cümlədən:

Table2 AZ COVID

Mənbə: Joe Ma (Şençjen Avtobus Qrupu Şirkətinin baş direktorunun müavini) LinkedIn vasitəsilə

İctimai nəqliyyat şirkətləri öz işçilərini, infrastrukturunu və fəaliyyətini qorumaq üçün aşağıdakı tədbirləri nəzərdən keçirməlidir:

a) Məlumat və maarifləndirmə: İşçilər infeksiya riskləri və bu riskləri minimuma endirmək üçün görülməsi zəruri tədbirlər barədə yaxşı məlumatlandırılmalı və maarifləndirilməlidir.

b) Təlimlər: İşçilər qurğuların və səthlərin düzgün şəkildə dezinfeksiya olunması qaydalarına dair xüsusi təlimlər keçirilməldir. Bundan əlavə, virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə (məsələn, dezinfeksiya tədbirləri) əlaqədar məlumatların çatdırılması və sərnişinlərin narahatçılıqlarına reaksiya vermək qaydaları barəsində işçilər üçün təlimlər keçirilməlidir.

c) Mühafizə avadanlığı və dezinfeksiya vasitələri ilə təmin etmək: Səhhətlərini qorumaq və yoluxmaqdan uzaq durmaq məqsədilə onlar lazımi qoruyucu vasitələrlə təmin olunmalıdır (üz maskaları, əlcəklər/əl təmizləyici vasitələri).

d) Tibbi müayinə: Mütəmadi tibbi müayinələri işçilərin iş yerlərində özlərini təhlükəsiz və rahat hiss etmələrinə kömək edə bilər və eləcə də erkən mərhələdə onlarda hər hansı bir potensial infeksiyanı təyin etməyi təmin edə bilər.

e) Ön qapının bağlanması/Sürücü tərəfindən bilet satışını dayandırmaq/E-biletin alınması: Bir çox avtobus şirkətində sərnişinlər avtobusa ön tərəfdən minirlər və bilet pulunu ödəyir və ya bileti sürücüyə göstərirlər. Bu, yalnız operativ bir baş ağrısı (açar söz: uzun dayanma) deyil, həm də sürücü üçün daimi bir sağlamlıq yüküdür. Bu səbəbdən bir çox ictimai nəqliyyat operatorları indi sərnişinləri avtobusa ön tərəfdən minməyi qadağan edir və artıq avtobusda bilet satmırlar. Bu, virus yayılmadan bir qaydaya çevrilməlidir və elektron və təmassız bilet alışı/ödənişi (məs., smart kartlar, QR-kod əsaslı bilet alışı/ödənişi) sisteminə keçidi sürətləndirməlidir. Buna misal olaraq Berlin, Pekin, və İsveçrə və Polşadakı şəhərləri göstərmək olar. PT TransJakarta şirkəti bütün TransJakarta dayanacaqlarında Koronavirusun ötürülməsinin qarşısını almaq üçün nağdsız ödəniş sistemi tətbiq edəcəkdir. PT TransJakarta şirkətinin Korporativ və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nadia Diposanjoyo bütün BRT sığınacaqlarında balansartırma məntəqələrinin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, 19 mart 2020-ci il, cümə axşamı günündən etibarən balans artırma fəaliyyətlərində və ya elektron pul yükləmələrində və yeni kart alışları üçün nağd puldan istifadə edən bütün əməliyyatlar dayandırılacaqdır». Eyni qaydada Keniyadakı Matatu operatorları qeyri-rəsmi nəqliyyat və nağd pulun əldən-ələ verilməsi əfsanəsini məhv edərək M-PESA vasitəsi ilə ödənişləri qəbul etməyi nəzərdə tuturlar.

f) Sürücülərin/biletsatanların və sərnişinlərin arakəsmə vasitəsilə ayrılması: Sürücülər və biletsatanlar, eləcə də hər hansı digər heyət sərnişinlərdən Pleksiqlas və ya digər vasitələrlə bir-birindən ayrılmalıdır, çox yaxın təmasın qarşısını almaq üçün müvəqqəti tədbirlərə İsveçrədəki kimi plastik lent "maneələri" əlavə edilə bilər:

Temporary Measures To Avoid Too Close Contact Corona

Şəkil 3 - Çox yaxın təmasın qarşısını almaq üçün müvəqqəti tədbirlərə plastik lent "maneələri" əlavə edilə bilər. Mənbə: Francesca @livin_her_dream and @DiHeler (Twitter üzərindən)

g) İnfrastrukturun təmin edilməsi: Məsələn, avtobus sürücüləri tez-tez dayanacaqlarda tualetlərə gedir, lakin COVID-19-ın yayılmasına cavab olaraq onların bir çoxu bağlanıb, Detroitdə olduğu kimi, bəzi şəhərlər sürücüləri daşınan tualetlə təmin etdilər.

h) İnfrastruktur və əməliyyatların mühafizəsi: Komanda və nəzarət infrastrukturu və əməliyyat mühafizə edilməlidir (məsələn, vacib bilik daşıyıcıları və ya operatorları yoluxdurmaqdan uzaq durmaq üçün müxtəlif növbələrdə işləyən işçilər tərəfindən). Yeməkxanalar və kafeteriyalar kimi ümumi məkanlar yaxşı idarə olunmalıdır. Buna xidmət saatlarının uzadılması, gözləmə və yemək zamanı ən azı 1 m məsafə saxlamaq tələbləri daxil ola bilər.

3. Fəaliyyət sahəsi - Sərnişinlərin mühafizəsi

Sərnişinlərin mühafizəsi yalnız zəruri rifah tədbiri deyil, həm də insanların ictimai nəqliyyata inamını qoruyub saxlamaq üçün vacib bir tədbirdir. Buna görə də tədbirlər həm təsirli olmalı, həm də ünsiyyət baxımından kifayət qədər əlçatan və başa düşülən olmalıdır.

a) Ümumi məlumatlar: Sərnişinlər üçün davranış standartları haqqında məlumatlar müxtəlif kanallar vasitəsilə yayımlana bilər. APTA bir çox nümunəni təqdim edir. Sinqapurdan gələn afişalar və sosial media məlumat nümunələri də bunun əyani təzahürüdür. Kinq əyalət metrosunda tətbiq edilən videonun istifadəsi kimi hallar istifadəçilər üçün maarifləndirmənin səviyyəsini və əlçatanlığı artıra bilər.

b) Risk haqqında məlumat: Ekstremal vəziyyətlərlə mübarizə aparmağın ən vacib cəhəti şəffaflıqdır. Başqa sözlə, əgər ictimai nəqliyyatdan istifadə edənlər arasında COVID-19 yoluxmuş hər hansı bir sərnişin olarsa, yerli hökumət və ictimai nəqliyyat təminatçısı risk haqqında geniş məlumat vermək üçün əlindən gələni etməlidir (məsələn, sərnişinlərə QR-kod əsaslı məlumat platformasını təqdim etməklə), insanların fəaliyyətini izləməli və bütün potensial dəyərli məlumatları ictimaiyyətlə paylaşmalıdır. Bu, daha sonrakı halların müəyyənləşdirilməsinə və sərnişinlərdən ictimai nəqliyyata qarşı inamın təmin olunmasına kömək edəcəkdir.

c) İctimai nəqliyyatın qrafiki və vaxt cədvəlinə düzəlişlər haqqında məlumat

Tələblərin azalması fonunda Berlindəki BVG kimi bəzi şəhərlər və ictimai nəqliyyat operatorları ictimai nəqliyyatın iş qrafiklərinə düzəliş ediblər. İctimai nəqliyyat sistemini və istismarın effektivliyini, etibarlılığını, inamı və rahatlığı təmin etmək məqsədilə bu qrafiklərə edilən düzəlişlər, vaxt cədvəlləri və fasilələr haqqında məlumatlar birbaşa və şəffaf şəkildə sərnişinlərə çatdırılır (məsələn, sosial media vasitəsilə).

Figure 4

Şəkil 4 - BGV tərəfindən ictimai nəqliyyatda fasilə dəyişikliklərinin elan edilməsi, Mənbə: @BVG_Ubahn (Twitter vasitəsilə)

d) Girişə nəzarət və temperaturun yoxlanılması: Yoluxmuş insanların ictimai nəqliyyat stansiyalarına (məs., metro və ya qatar stansiyaları) daxil olma riskini minimuma endirmək məqsədilə Çinin bir çox şəhərində sağlamlığa nəzarət məntəqələri əlavə edilmişdir. İctimai nəqliyyat stansiyasına daxil olmadan əvvəl insanların bədən temperaturu yoxlanılmalıdır. Əgər qızdırma əlamətləri aşkar edilərsə, insanların stansiyaya daxil olmağına icazə vermək olmaz.

e) Təmizləmə və dezinfeksiya: Mikrob əleyhinə xüsusi təmizləyici vasitələrlə nəqliyyat vasitələrinin və avadanlıqların (məsələn, turniketlər və məhəccərlər) mütəmadi olaraq dezinfeksiya edilməsi infeksiya riskini azaltmaq üçün vacibdir. Nümunələr bütün dünyada mövcuddur. Şençjen Avtobus Qrupu Şirkəti həm avtobuslarda, həm də taksilərdə nəqliyyat vasitələrinin necə və nə vaxt təmizlənməsi haqqında məlumat verib. Əlavə olaraq, əl üçün sanitar təmizləyici vasitələr və ola bilsin ki, maskalar da təchiz edilməlidir (Cənubi Koreyada, xüsusən avtobuslarda hər avtonəqliyyat vasitəsinin ön girişində və arxa çıxışında əl üçün sanitar təmizləyici vasitələr təmin edilmişdir). Digər nümunələrə kompleks təmizlik tədbirlərini həyata keçirən @CRUT_BBSR tərəfindən təchiz edilən MoBus daxildir. Qabaqcıl yanaşma kimi, Şanxaydan gələn məlumatlarda nəqliyyat vasitələrini təmizləmək üçün UB (ultra-bənövşəyi) lampadan[1] və ya Honq-Konqda olduğu kimi, nəqliyyat vasitələrini təmizləmək/dezinfeksiya etmək üçün robotlardan istifadə edilməsini göstərir.

f) Daha çox yer və sosial məsafənin saxlanılması: Yoluxma riskini minimuma endirmək üçün sərnişinlər arasındakı məsafəni artıran tədbirlərin həyata keçirlməsi. Bu, ictimai nəqliyyatın tezliyini artırmaqla (Kopenhagen nümunəsində olduğu kimi), aşağıdakı şəkildə göstərildiyi kimi əlavə markerlər və ya tətbiqlərdən istifadə etməklə tələbata nəzarət vasitəsilə edilə bilər. Nisbətən iri həcmlə mübarizə aparmaq üçün Ulan Bataar şəhər rəhbərliyi səyahət imkanlarını (və beləliklə yoluxma riskini) azaltmaq üçün avtobus əməliyyatlarını 50% azaldır. Kiqali/Ruandada ənənəvi Avtomobilsiz Gün sağlamlıq risklərini azaltmaq üçün fərdi məşqlərə yönəldilib.

[1] Hava yolu ilə yayılan mikrob xəstəliklərinin yayılmasınn qarşısını almaq üçün uzaq-UBC (ultra-bənövşəyi C spektrli) lampasının istifadəsi ilə bağlı bir elmi hesabatı burada tapa bilərsiniz

Markers To Guide On Minimum Distance Between People

Şəkil 5 - İnsanlar arasındakı minimum məsafəni istiqamətləndirəcək markerlər, Mənbə: Kari @karicleta (Twitter vasitəsilə)

Şençjendə ictimai nəqliyyat vasitələrinin tutum imkanını maksimum 50 faiz azaltmaq tələb olunur. Cənubi Koreya insanlardan ictimai fəaliyyətlərdən və açıq havada toplaşmaqdan uzaq durmalarını xahiş edərək 'Sosial Məsafəsaxlanma' kampaniyasını təqdim edib.

4. Fəaliyyət sahəsi - Əlaqələndirilmiş tələbatın idarə olunması:

Hal-hazırda bir neçə inkişaf tədbiri bir araya gəlir: Bir tərəfdən hökumətlər və idarələr ictimai nəqliyyat xidmətlərini (məsələn, Oman, Pəncab, Kəşmir) qəsdən azaldır və ya hətta dayandırırlar, digər tərəfdən isə insanlar yoluxma riskindən qorxaraq ictimai nəqliyyatdan istifadə etmirlər. Bütün bunlar ictimai nəqliyyata tələbatın azalmasına səbəb olur - lakin ictimai nəqliyyata xüsusən sistemli olaraq müvafiq vəzifələrdə çalışan işçilər üçün əsas nəqliyyat xidmətlərini göstərmək məqsədilə hələ də ehtiyac var. Belə bir vəziyyətdə tələb və təklifin azaldılmasından ibarət əlaqələndirilmiş bir yanaşmaya ehtiyac var.

a) Təsirin qiymətləndirilməsi: Tələbata nəzarət və idarəetmə tədbirləri nəticəsində yaranan əks-təsirlərin (məs., qrafik dəyişikliyi və daha uzun fasilələrə görə sərnişin sıxlığı daha yüksək olur) qarşısını almaq üçün tədbirlər həyata keçirilmədən əvvəl hərtərəfli təsir qiymətləndirmələri aparılmalıdır. Cakartadan olan nümunələr tələbatı eyni səviyyədə saxlamaqla təklifin birtərəfli şəkildə azaldılmasının daha da böyük təmərküzləşməyə və bununla da qeyri-məhsuldar nəticələrə səbəb olduğunu göstərir. Məsələn, nəqliyyat rejimlərinin DKİ Cakarta Əyalət Hökuməti (Pemprov) tərəfindən məhdudlaşdırılması koronavirusun ötürülməsinin qarşısını almaqda hələ ki, təsirli deyil. Müşahidəçilər belə hesab edirlər ki, çox qəfil irəli sürülən bu siyasət özəl şirkətlərin siyasətinə uyğun deyil. Təsir ondan ibarətdir ki, evdən işləməyi tələb olunmayan işçilər işləməyə davam edir və bu da onların əksəriyyətinin ictimai nəqliyyatdan istifadə etməsinə səbəb olur. İctimai nəqliyyatdan istifadə edən bir çox sərnişinlər arasında sosial məsafənin saxlanılması qaydalarına əməl edilməməsi tənqidlərin artmasına səbəb olmuşdur. 16-30 mart, 2020-ci il tarixlərindən fəaliyyətə başlayan TransJakarta xidmətlərinin 20 dəqiqəlik yolda yalnız 13 marşrutu fəaliyyət göstərir. Bu, o deməkdir ki, bütün qeyri-dəhlizlər (BRT olmayan), Royaltrans və Mikrotrans xidmətləri ləğv olunur. İctimai nəqliyyat məkanlarında, məsələn, avtobus dayanacaqlarında və avtobuslarda insanlar arasında fərdi şəkildə bir-iki metr ara məsafəsini qoruyub saxlamaqla avtobus dayanacaqlarında və 13 dəhlizdən keçən avtobuslarda fiziki qarşılıqlı əlaqənin azaldılması tətbiq edilir. TransJakarta avtobus dayanacaqlarında nişanlanma işləri həyata keçiriləcək və müştərilərdən bir-birləri arasında müəyyən bir məsafədə dayanmaqlarını tələb edəcəkdir. Avtobusda isə müştərilər fiziki qarşılıqlı əlaqəni minimuma endirmək üçün bir-birindən müəyyən məsafən uzaqda əyləşdiriləcəkdir. TransJakarta avtobus parklarının sayının azalması səbəbindən bu, avtobus dayanacağının kənarında yüzlərlə metrə çatan sərnişinlərin növbədə dayanmasına səbəb olub.

b) Velosipeddən istifadəyə keçid: Velosipeddən istifadə etmək sağlam qalmaq üçün əla bir yoldur (yalnız COVID-19-un alovlandığı vaxtlarda deyil) və bir çox şəhərlərdə bağlanmalı olan idman salonlarına uyğun bir alternativdir. Halbuki, velosipeddən istifadə etmək həm sosial məsafənin saxlanılması, həm də ictimai nəqliyyatın yükünün azaldılması üçün effektiv bir yoldur. Danimarka ictimai nəqliyyat istifadəçiləri üçün tövsiyələr dərc etdirmişdir və bunların arasında ilk tövsiyə piyada gəzmək və ya mümkünsə, velosipeddən istifadə etmək olmuşdur. Almaniyanın Səhiyyə Naziri Cb. Yens Spahn yoluxma riskini azaltmaq üçün insanların ictimai nəqliyyatın istifadəsindən uzaq durmağının və bunun əvəzinə isə daha çox velosipeddən istifadə etməyin vacibliyini vurğulamışdır. Velosiped sağlam və dayanıqlı nəqliyyat vasitəsi olmaqdan əlavə, o, ictimai nəqliyyat sistemlərindən təzyiqi azad etmək üçün yaxşı bir yol olsa da, şəxsi avtomobilin (o cümlədən sərnişindaşıma və taksilər) istifadəsindən velosiped istifadəsinə keçid vacibdir, eyni zamanda piyada gəzmək də insanların sağlamlığını təmin etmək və fiziki fəaliyyətlərinin təhlükəsiz icrasına imkan yaratmaq lazımdır. Boqota əla bir nümunədir – bu şəhərdə təcili velosiped yolları şəbəkəsi qurulub (Boqotada artıq 500 km-lik daimi velosiped yolu var):

Hal-hazırda bir neçə inkişaf tədbiri bir araya gəlir: Bir tərəfdən hökumətlər və idarələr ictimai nəqliyyat xidmətlərini (məsələn, Oman, Pəncab, Kəşmir) qəsdən azaldır və ya hətta dayandırırlar, digər tərəfdən isə insanlar yoluxma riskindən qorxaraq ictimai nəqliyyatdan istifadə etmirlər. Bütün bunlar ictimai nəqliyyata tələbatın azalmasına səbəb olur - lakin ictimai nəqliyyata xüsusən sistemli olaraq müvafiq vəzifələrdə çalışan işçilər üçün əsas nəqliyyat xidmətlərini göstərmək məqsədilə hələ də ehtiyac var. Belə bir vəziyyətdə tələb və təklifin azaldılmasından ibarət əlaqələndirilmiş bir yanaşmaya ehtiyac var.

  • Bazar ertəsi, 16 mart 2020-ci il: 22 km əhəmiyyətli dəhlizlər, yalnız pik saatları
  • Çərşənbə axşamı, 17 mart: bütün Ciclovía şəbəkəsinin 117 km
  • Çərşənbə: bütün gün 76 km tənzimlənən şəbəkə
  • Kolumbiyada ümumi karantin başladığı üçün bu tədbir dörd gündən sonra dayandırıldı.

Bu tədbirin məqsədi təkcə virusun daha geniş yayılmasının qarşını almaq deyil, xüsusən Transmilenio BRT sisteminin yükünü azaltmaq və havanın keyfiyyətini yaxşılaşdırmaq olmuşdur. Halbuki, bu, dayanıqlı mobillik və COVID-19-un ləğvi hədəflərinin çox uyğun gəldiyini göstərir. Almaniyanın paytaxtı Berlin şəhəri bu yanaşmanı əks etdirir və orada iki müvəqqəti velosiped zolağı qurulub.

Virusun alovlandığı dövrlərdə velosipeddən istifadə edilməyən başqa bir nümunə Nyu York şəhəridir: Mart ayında Citi Bike-nin sərnişinlərinin sayı 67% artmış və daha çox insanın metro istifadəsindən uzaq durmaq üçün velosiped sürdüyü müşahidə edilmişdir. Bundan əlavə, restoranlara yalnız özü ilə aparmaq və evə çatdırılmaq üçün icazə verilir. Bu siyasəti dəstəkləmək məqsədilə mer evə çatdırmağı dəstəkləmək üçün e-velosipedlərə qoyulmuş əvvəlki qadağanı ləğv etməli oldu. Eyni zamanda ötən ilin eyni günü ilə müqayisədə metro ilə sərnişin daşınması təxminən 20% avtobuslarla isə 15% aşağı düşüb. Bu problemlər və sərnişin daşınmasının azalması çox güman ki, MTA və NYC şəhər bedcəsi üçün maliyyə problemlərinə gətirib çıxaracaqdır. Bu, gələn il üçün planlaşdırılan hərəkət sıxlığı olan yollardan istifadə rüsumunun (pullu giriş) daha tez bir zamanda tətbiq olunmasına (və ya heç ona rəvac verməyə) səbəb ola bilər. Velosiped istifadəsi təşviq etmək üçün Vyana/Avstriya şəhəri, velosipeddən istifadəni asanlaşdırmaq üçün velosiped şəbəkəsinin xəritəsini nəşr etdirib. Velosipedə keçid danılmazdır: Hesabatlarda göstərilir ki, İspaniyada və İtaliyada komendant saatı qaydalarına əsasən velosiped istifadəsik qadağandır. Əvvəlcə bu qadağanın velosiped idmanına və ya gündəlik ev işlərinə aid edilib-edilməməsi məsələsi çıxıb. Bunun əksinə misal olaraq, Berlin dayanıqlı, davamlı mobilliyi dəstəkləmək üçün planlaşdırılmış təcrid rejimi müddətində velosiped təmir sexlərini və velosiped dilerlərinin fəaliyyətini dayandırmayıb.

c) İctimai nəqliyyatdan istifadə üçün əvvəlcədən sifariş verilməsi və təyinatlar sistemləri: Tələbatı idarə etmək məqsədilə Pekində ictimai nəqliyyat stansiyalarına mərhələli giriş imkanı sınaqdan keçirilir. Pekin metro stansiyalarının girişində izdihamın qarşısını almaq üçün "təyinatla metro istifadəsi" sistemini sınaq keçirməyi planlaşdırır. İstifadəçilər pik saatlarında Pekindəki ən işlək metro stansiyalarından ikisinə daxil olmaq üçün onlara təyinat verən tətbiqlərdən istifadə edə bilərlər. Bu, stansiyaya daxil olmaq üçün yarım saatlıq bir müddət üçün etibarlı olan istifadəçinin telefonlarında bir QR-Kod vasitəsilə işləyir.

5. Uzaq dur-Dəyişdir-Yaxşılaşdır yanaşması əsasında Koronaya qarşı nəqliyyat sektorunun cavab tədbiri üzrə təklif olunan konsepsiya çərçivəsi

Hal hazırda şəhərlər və ölkələr COVID-19-un daha da yayılmasını dayandırmaq məqsədilə nəqliyyat sahəsində çoxlu sayda tədbirlər həyata keçirirlər. Bu tədbirlərin səmərəliliyi və effektivliyi barədə hər hansı bir qəti nəticə çıxarmaq hələ ki, mümkün deyil. Eyni zamanda dayanıqlı mobillik hədəflərini gözdən qaçırmamalı və bunu istəməməliyik. Mümkün tədbirləri daha yaxşı başa düşmək və eyni zamanda nəqliyyat siyasətinin müzakirəsinə bir əlaqə keçidi vermək üçün biz bu tədbirləri Uzaq dur-Dəyişdir-Yaxşılaşdır şüarına uyğun olaraq təşkil etdik:

  • Uzaq dur: Fərdi (motorlu) nəqliyyat vasitələrinə tələbatı azaltmaq üçün tədbirlər - həm koronavirus epidemiyası ilə mübarizə üçün, həm də uzunmüddətli dövr üçün karbon tullantılarının, qəzaların və tıxacların azaldılması üçün,
  • Dəyişdir: Korona böhranının nəticəsi olaraq istifadəçiləri təhlükəsiz, təmiz, az təmasda olan nəqliyyat vasitələrinə yönəltmək üçün tədbirlər. Şəhərləri yaşatmaq üçün uzunmüddətli perspektivdə piyada gəzintisi və velosiped istifadəsi və cəlbedici, etibarlı, əlçatan, əlverişli və rəqabətli ictimai nəqliyyat kimi aktiv mobillik formalarını təbliğ etmək,
  • Yaxşılaşdır: Cəlbedici qalmaq və xüsusən də izdihamın qarşısını almaq məqsədilə xüsusilə ictimai nəqliyyatda əməliyyatların və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması. Velosiped istifadəsi və piyada gəzintisinin keyfiyyətinin artırılması digər nəqliyyat vasitələrində yer boşaltmağa kömək edəcəkdir.

Texnoloji yenilik və xüsusilə rəqəmsallaşdırma, Uzaq dur-Dəyişdir-Yaxşılaşdır adlı hər üç sahədə təkmilləşmə və inkişafa nail olmaq üçün vacib elementlərdir.

COVID-19 epidemiyası dövründə zəruri və qeyri-vacib nəqliyyat vasitələri arasında daha güclü fərq mərkəzi yeri tutur. Bu, eyni zamanda sosial məsafənin saxlanılmasını həyata keçirərkən nəqliyyat sistemlərində tıxacın yaranmasına imkan vermək üçün lazımdır.

Bu məqsədlə korona böhranı şəraitində görülən tədbirlərin həm ədalətli (sosial iştirak, gender və nəsillərin bərabərliyi baxımından) olduğunu və uzun müddətli perspektivdə nəqliyyatın transformasiyasının hədəflərini dəstəklədiyini bildirmək istəyirik.

Figure 6

Şəkil 6 - Uzaq dur-Dəyişdir-Yaxşılaşdır- Alətləri @ COVID-19, Mənbə: TUMI Təşəbbüsü

Bir çox şəhər və ölkələrdə hərəkət qaydalarının kəskin şəkildə sərtləşməsi ilə tədbirləri fərqləndirmə zərurəti daha aydın ortaya çıxmışdır. Burada vacib və qeyri-vacib nəqliyyatın hərəkəti arasındakı fərq xüsusilə vacibdir. Vacib nəqliyyatın hərəkətinə mühüm çatdırılma nəqliyyatı, tibb işçilərinin daşınması, pərakəndə və topdansatış işçiləri, strateji infrastruktur işçiləri (su, enerji, nəqliyyat və s.), təhlükəsizlik işçiləri və s. Nəqliyyatın hərəkəti ən yüksək sanitariya standartlarına uyğun olaraq idarə olunmalı və məs. növbəli işi. Bu zaman müntəzəm ictimai nəqliyyatdan azad olmaq üçün müvəqqəti velosiped infrastrukturunun inşası və ya fərdi avtomobil istifadəsinin məhdudlaşdırılması (yeri boşaltmaq) kimi imkanlardan istifadə edilməlidir.

Bu strategiyanın vacib elementi tədbirlərin ardıcıllığıdır - burada səhiyyə, nəqliyyat, təhlükəsizlik və s. idarələr birlikdə işləməlidir. Ayrı-ayrı mənbələrin məlumatlarının müşahidəsi göstərir ki, ictimai nəqliyyat xidmətlərində birtərəfli məhdudiyyətlər adətən qeyri-məhsuldar olur. Halbuki, ilk məhdudiyyətlər barədə tədbirlər əvvəlcə əhali tərəfindən məlumatlandırılmalı və qəbul edilməlidir, bundan sonra isə ictimai nəqliyyat xidməti məhdudlaşdırıla və əsas istifadəçi qruplarına uyğunlaşdırıla bilər.

Bundan əlavə, tədbirlərin epidemiyanın mərhələlərinə görə fərqləndirilməsi lazımdır:

Pandemiyanın fazaları (koronavirus COVID – 19: nəqliyyatla daşınma üçün bələdçi və təkliflər)

- 1-ci faza: Virusun idxalı/az hallarda (dayandırılma)

- 2-ci faza: İcma arasında yayılma/icma arasında dayandırılma

- Mərhələ 3: Epidemiyanın yayılması/davamlı ötürülmə

- Faza 4: Gərginliyin azalması

Uzaq dur-Dəyişdir-Yaxşılaşdır yanaşmasının elementlərinin pandemiyanın fazasından asılı olaraq fərqli şəkildə tətbiq edilməsi və prioritetləşdirilməsi vacibdir. 1-ci və 2-ci fazalarda bir tərəfdən sosial məsafənin saxlanılmasını aktivləşdirmək, digər tərəfdən isə zəruri məhsulların və insanların daşınmasını təmin etmək üçün Dəyişdir-Yaxşılaşdır sahəsində aparılan tədbirlər münasib xarakter daşıyır. 3-cü fazada diqqət nəqliyyatın həcmini kəskin şəkildə azaldacaq tədbirlərin qarşısını almağa və mərkəzli şəkildə mühüm iştirakçılara və məhsulların təminatına yönəlir. Bu mərhələdə nəqliyyat sektoru aydın şəkildə səhiyyə orqanlarının göstərişlərini yerinə yetirir – nəqliyyat sağlamlıq paradiqmalarının xidmətçisinə çevrilir. 4-cü fazada əsas diqqət tədbirlərin Yaxşılaşdırılması yolu ilə epidemiyanın yenidən baş verməsinin qarşısını almağa və eyni zamanda iqtisadi inkişafa imkan verir.

6. Təsirə dair növbəti müşahidələr:

Artıq biz pandemiyanın təsirlərini və virusun dünya miqyasında yayılmasını dayandırmaq və ya yavaşlatmaq üçün görülən tədbirlərin nəticələrini görə bilərik. İqtisadiyyata, sosial davranışa, iqlimə və şəhər mühitinə təsirləri müxtəlif sahələrdə hiss etmək olar.

Təəssüf ki, pandemiyaya qarşı görülən tədbirlərin əksəriyyəti GHG emissiyalarınınhavanın çirklənməsinin azalmasına imkan yaradır. Burada ən böyük səbəb hərəkətliliyə (könüllü və ya tətbiq olunan) qoyulan məhdudiyyətlərdir: işə şəxsi avtomobili ilə gedənlərin sayı azalır, havanın hərəkəti əvvəlki vəziyyətinə qayıdır, bir çox insan evdə qalır və ya yalnız öz məkanları daxilində hərəkət edir. Hal hazırda yeganə istisna hallar yük gəmiləri və çatdırılma xidmətlərindən ibarət olduğu müşahidə edilir. Məkan texnologiyası təminatçılarından alınan məlumatların təhlili göstərir ki, AvropaABŞ şəhərlərində avtomobillə səfərlərin sayı xeyli dərəcədə azalmış və şəhərdə hərəkət edənlər tez-tez velosipedlərinə keçid alırlar (Alman dilindəki bəzi mənbələr). Yer peykinin müşahidə məlumatları da virusun yüksək sürətlə yayılması və havanın keyfiyyəti pis olan yerlərin daha çox əziyyət çəkmə mümkünlüyünü ortaya çıxarır, çünki davamlı şəkildə çirkli havanın təsirinə məruz qalanların pandemiya nəticəsində ölüm riski daha yüksəkdir. Hər il 8 milyondan çox insanın ürək-ciyər orqanlarının zədələnməsi nəticəsində vaxtsız ölümünə çirkli havanın səbəb olduğunu demək mənasızdır.

Hal-hazırda real zaman çərçivəsində iqtisadi təsirləri qiymətləndirmək hələ tezdir, ölkədə elektrik enerjisinə tələbatev təsərrüfatlarının mobilliyi haqqında məlumatlar iqtisadi fəaliyyətin əhəmiyyətli dərəcədə aşağı düşdüyünə işarə edir. Bu pandemiyanın səbəb olduğu tənəzzülün nəticələri virusun yayılmasından daha uzun sürə bilər, gərginləşmiş maliyyə vəsaitlərinə ağır zərbə vura bilər və işsizliyin güclü sürətlə artmasına səbəb ola bilər. Aviaşirkətlər və digər sahələrlə yanaşı ictimai daşıma agentlikləri və assosiasiyaları meydana çıxan böhranı zamanı kömək üçün hökumətdən maliyyə yardımı paketlərini tələb etməyə başlamışdır. Bundan əlavə, xüsusilə stimullaşdırma siyasətinin imkanları məhdud olan ölkələrdə taksi sənayeləri və ya qeyri-rəsmi fəaliyyət göstərən nəqliyyat operatorları gündəlik gəlirlərinin kəsilməsi səbəbindən əziyyət çəkirlər. Yadda saxlayın ki, bu nəticələr bərabər şəkildə paylanmır: qadınlar xüsusilə ağır zərbəyə məruz qala bilər.

Növbəti aylara nəzər salmaqla yadda saxlamaq lazımdır ki, təsirlərin azaldılması məqsədilə həyata keçirilən tədbirlər (məsələn, qısamüddətli iş, stimullaşdırıcı maliyyə vəsaiti) konkret hədəflərə istiqamətləndirilmədiyi təqdirdə sonradan laqeydləşəcək və dayanıqlı hərəkətliliyə hətta mənfi təsir göstərəcəkdir. Əks təqdirdə, COVID-19 şokunun mirası iqtisadiyyatlara zərər vuracaq və mobillik sistemlərinə ziyan verəcəkdir.

7. Yaxından baxış: Braziliya - Braziliyada sərnişin tələbatının azalması nəqliyyat sektorunu həyəcanlı vəziyyətə gətirir

Keçən şənbə günü (21/03) Braziliyada koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət zamanı fasiləsiz təchizatı lazım olan əsas xidmətlərin tənzimlənməsi məqsədilə Müvəqqəti Tədbir və Fərman qəbul edildi. Bunlara şəhərlərarası, dövlətlərarası və beynəlxalq sərnişin daşımaları və sərnişinlərin taksi vasitəsilə daşınması və ya tətbiq, eləcə də yüklərin daşınması və çatdırılması daxildir.

Yük sektoru bu günə qədər ən az təsirə məruz qalmış və işçilərin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülməkdədir. Digər tərəfdən sərnişin daşıma sektoru çətin bir dövr yaşayır və sərnişinlərin və işçilərin COVID19-dan mühafizəsini təmin edən bir formada parkın istismarının təmin edilməsində, həm də belə bir müstəsna vəziyyətdə gəlir itkisinin səviyyəsini mümkün qədər minimuma endirməkdə çətinliklərlə üzləşir.

İndiyə qədər ictimai nəqliyyatda tələbin azalması 30% ilə 50% arasında qiymətləndirilir, lakin bəzi hallarda demək olar ki, bu rəqəmin 90% az sərnişinin olduğu hallarla qeyd olunur. NTU-nun (Şəhər Nəqliyyat Şirkətlərinin Milli Assosiasiyası) prezidenti Otávio Vieira da Cunha-nın sözlərinə görə, "ümumi mənzərə o qədər neqativdir ki, sərnişinlərin azalması səbəbindən bu sektor üçün təxmini hesablamalara görə gündəlik 1 milyard dollardan çox zərərin olduğu qeyd edilir".

Nəqliyyat sektoruna dəstək paketləri və subsidiyalar federal səviyyədə hələ müzakirə edilmir, lakin bələdiyyə və dövlət səviyyəsində bəzi tədbirlər görülür. Böyük şəhərlərin əksəriyyətində qubernatorlar milli fəlakət barədə qərar qəbul etmiş və insanların yerdəyişmələrini məhdudlaşdırdılar. Ümumi təlimat evdən çıxmamaqdır. Eyni zamanda merlər və qubernatorlar səhiyyə, ticarət və digər əvəzolunmaz xidmət sahələrində fəal çalışan işçilər üçün zəruri olduğu səbəbindən ictimai nəqliyyatın istismarını davam etdirməyə razılaşırlar.

Koronanın yayılması ilə bu günə qədər təsirli bir şəkildə mübarizə aparan sektordakı əsas tədbir nəqliyyat parkın hərəkətinin azaldılmasıdır. Halbuki, nəqliyyat parkın hərəkətinin azaldılması insanların bir-birlərinə daha yaxın məsafədə dayanaraq səyahət etmək məcburiyyətində qoyur. Sərnişinlər sosial media şəbəkələrindən istifadə edərək sərnişin sayının azalmasına baxmayaraq, Böyük şəhərlərdə pik saatları ərzində hələ də sərnişin sıxlığının mövcud olduğunu göstərir. Ölkənin altı ştatında digər federasiya şöbələrinin avtobuslarına sərnişinlərin öz ərazilərinə gətirilməsinə icazə verilməyib.

Sao Pauloda məhdudlaşdırıcı tədbirlərin görülməsi nəticəsində ictimai nəqliyyata tələbat xeyli dərəcədə aşağı düşüb. Metroda 45% azalma, avtobuslarda təxminən 40% azalma, qatarlarda isə ən az 35% azalma qeydə alınıb. Buna baxmayaraq, xidmətlərin göstərilməsi davam etdirilir. Böyükşəhər bölgəsi olan ABC Paulistada (təxminən 2,8 milyon sakini var), merlər ştat hakimiyyətinin əks müraciətinə baxmayaraq, 29 mart tarixindən etibarən bütün bələdiyyə avtobuslarını iflic vəziyyətə salmaq qərarına gəliblər.

Rio-de-Janeiroda Sürətli Tranzit Avtobus operatorunun verdiyi məlumata görə sərnişin sayında 50% azalma baş vermiş və Yüngül dəmir yolu qatarında isə sərnişin sayında daha çox azalma qeydə alınmışdır. Ştat hakimiyyəti Böyükşəhər Bölgəsinin 22 bələdiyyəsi ilə 70 şəhər bələdiyyəsi arasında ştat daxili avtobusların və mikroavtobusların hərəkətini qadağan etmişdir. (17/03) saylı sərəncamla ictimai nəqliyyat vasitələrinə və turizm şirkətlərinə nəqliyyat vasitələrində sıxlığın qarşısını almağa zəmanət vermək üçün Rio şəhərində yalnız oturacaqların sayına uyğun sərnişin daşınmalarının həyata keçirilməsi tapşırılmışdır.

Curitibada cümə günündən (20/3) etibarən şəhərdə avtobus səfərlərinin sayı azaldılmışdır. Bazar ertəsindən (23/3) etibarən avtobuslar həftə boyu şənbə günlərinin cədvəlləri ilə işləyir. Şənbə günləri üçün bazar günlərinin cədvəli tətbiq ediləcəkdir. Curitiba şəhər mobilliyinin idarə edilməsinə cavabdeh şirkətin məlumatına görə şəhər avtobuslarında sərnişinlərin sayı 37% azalmışdır.

Pernambuko hökuməti, ştatın paytaxtı Recife-nin Böyükşəhər bölgəsində ictimai nəqliyyat sistemində qeydə alınan tələbatın 45% azalmasına yardım etmək üçün avtobus parkının 25% azaldıldığını açıqlamışdır. Bazar ertəsindən (23/3) etibarən şəhərlərarası nəqliyyatın hərəkəti dayandırıldı.

Recife metrosu yalnız pik saatlarında işləyir. Metro sistemindən istifadə edən sərnişinlərin sayı 33% azalıb.

Cearanın 3 böyük şəhərində Koronavirus şəhərlərarası nəqliyyat, metro və yüngül dəmir yolu nəqliyyatı vasitələrini dayandırmasına səbəb olub. Bu tədbirlər bazar ertəsi (23/03) qüvvəyə minib. Digər ölkələrdə olduğu kimi Braziliyada da pandemiya ilə əlaqədar problemlərlə necə qarşılaşacağımıza dair ümumi bir istiqamət tələb olunur.

Düzgün qərarlar qəbul etmək və əhalinin daha effektiv müdafiəsini təşkil etmək bacarığına malik olmaq məqsədilə ictimai nəqliyyat operatorlarının aydın bələdçiliyə və mümkün maliyyə yardımları ilə bağlı əminliyə ehtiyacı var.

8. Tövsiyələr:

a) Təcrübələri hərtərəfli nəzərdən keçirin, dayanıqlılığa diqqət yetirin: Əvvəlcə heyət, sonra sərnişinlər, sonra iş

b) Digər yoldaşların, xüsusən də virusun yayılmasına qarşı mübarizənin ön cəbhəsində olanların tövsiyələrini öyrənin (məsələn, Şençjen Avtobus Qrupu Şirkəti)

c) İnamı qoruyub saxlamaq və yaratmaq məqsədilə görülən tədbirlər şəffaf ünsiyyətlə yanaşı həyata keçirilməlidir

d) Öyrənilmiş dərslər sənədləşdirilməli və əlçatan edilməldir

e) Problemləri əlaqə vasitəsilə ilə paylaşın

... axırıncı deyil, axarıncı ...

“Ciddi bir böhranın heç vaxt boşa getməsinə imkan verməyin. Bununla demək istəyirəm ki, əvvəl edə bilmədiyiniz işləri etmək üçün bu, bir fürsətdir". (Rahm Emanuel) ... innovasiyanı dəstəkləyin və rəqəmsal həllərdən istifadə edin, e-ödəməni təşviq edin, avtomatlaşdırmanı artırın, müştərilərə, obyektlərin keyfiyyəti və yüksək xidmət səviyyələrinin göstərilməsinə diqqət yetirin ki, uzunmüddətli rəqabət qabiliyyətini, cəlbedici və təhlükəsiz ictimai nəqliyyatı təmin etmək mümkün olsun.

Gələcək müzakirə üçün suallar:

  1. Virusun yayılması mobillik davranışının ümumi şəkildə dəyişməsinə səbəb olacaqmı?
  2. Virusun yayılması şəxsi avtomobillərin istifadəsindən daha çox velosipedlərin istifadəsinə səbəb olacaqmı?
  3. Yeni mobillik xidmətləri (məs., sərnişinlərin köçürülməsi) nəticəsində virusun yayılması ilə əlaqədar səfərlərin sayında artım müşahidə ediləcəkmi?
  4. Virusun yayılması ictimai nəqliyyatın və xüsusən avtobus və dəmiryol istifadəçilərinin azalmasına gətirib çıxaracaqmı?
  5. Virusun yayılması nəticəsində hansı ictimai nəqliyyat şirkətləri daha çox mənfi təsirə mərz qalacaqdır (məsələn, nağd ödənişlərin və tək biletlərin payının yüksək olması səbəbindən gündəlik nağd puldan asılı olan şirkətlər) və ya dövlət subsidiyaların daha çox hissəsində yer alan operator/şirkətlər, aylıq abunəçilər?
  6. Virusun yayılması ictimai nəqliyyat operatorlarına subsidiyalara tələbatın artmasına səbəb olacaqmı?
  7. Taksi sənayesinə ziyan dəyirmi, dəstək tələb edirmi, yaxud insanların daha çox fərdi həll yollarını seçməsində daha yüksək tələbatı müşahidə edirik?

[1] İmtina:

  • Müəlliflər həkimlər və ya epidemiya üzrə mütəxəssislər deyil, nəqliyyat sahəsinin insanlarıdır.
  • Böhran bir çox yerdən yenicə başlayır, buna görə təsvirlərdə ayrı-ayrı mənbələrin məlumatları yer alıb və onların tamlığına qarşı heç bir iddia yoxdur.
  • Böhrana qarşı cavab tədbiri yerdən-yerə fərqli şəkildə dəyişəcək və Qərbin daha çox fərdləşdirilmiş cəmiyyətlərində Şərq və Cənub kollektivçi cəmiyyətlərindən fərqli olacaq.
  • Və: Hər birimiz hər il 1.35 milyon insanın həlak olduğu yol təhlükəsizliyi böhranı ilə daha iddialı davranmalı olduğumuzu qəbul edirik
  • Hamımız birlikdə öyrənə bilərik və bu qeyri-adi zamanlarda da paylaşmağı səbirsizliklə gözləyirik.

[2] Mənbələr: Braziliya hadisələri üzrə araşdırma:

https://www1.folha.uol.com.br/cotidiano/2020/03/sp-hesita-em-fechar-transporte-que-continua-lotado-em-horarios-de-pico.shtml

https://g1.globo.com/pe/pernambuco/noticia/2020/03/20/coronavirus-fluxo-de-passageiros-cai-45percent-em-terminais-de-onibus-e-mais-de-30percent-no-metro-do-recife.ghtml

https://jornaldebrasilia.com.br/brasil/coronavirus-ameaca-o-transporte-publico-urbano-no-brasil-entrar-em-colapso/

https://ntu.org.br/novo/NoticiaCompleta.aspx?idArea=10&idNoticia=1307

https://g1.globo.com/pr/parana/noticia/2020/03/20/coronavirus-com-queda-do-uso-do-transporte-coletivo-curitiba-altera-tabela-de-linhas-dos-onibus.ghtml

https://agenciabrasil.ebc.com.br/geral/noticia/2020-03/prefeitura-do-rio-de-janeiro-ameaca-suspender-circulacao-do-brt

https://oglobo.globo.com/sociedade/coronavirus-servico/coronavirus-bolsonaro-determina-servicos-que-nao-poderao-parar-no-brasil-24320607

https://noticias.uol.com.br/politica/ultimas-noticias/2020/03/20/estados-restringem-transporte-interestadual-e-criam-impasse-federal.htm

Find out more about SLoCaT

Learn More
Contact us

Together we are TUMI